“Man Yunayted” və Meynu razılaşmadı

“Mançester Yunayted” Kobbi Meynunun maaş tələbinə razılaşmadı.
90plus.az xəbər verir ki, “Mançester Yunayted”in gənc istedadı Kobbi Meynu klubdakı gələcəyi ilə bağlı qərar verə bilər.
İngiltərə mətbuatının xəbərinə görə, 19 yaşlı yarımmüdafiəçi rəhbərliklə görüşərək həftəlik 180 min funt-sterlinq maaş tələb edib. Lakin “Qırmızı Şeytanlar” bu istəyə müsbət cavab verməyib.
Mənbə iddia edir ki, uyğun transfer təklifi gəldiyi halda “Mançester Yunayted” Meynunun ayrılmasına mane olmayacaq.
Qeyd: Kobbi Meynu 2024/25 mövsümündə Premyer Liqada 2 oyunda iştirak edib.
🔗 Mənbə: talkSport / Chris Wheeler
© Copyright 2025, All Rights Reserved