“Man Yunayted”in 2 namizədi var

“Mançester Yunayted” yeni qapıçı axtarışındadır.
90plus.az xəbər verir ki, “Mançester Yunayted” rəhbərliyi qapı xəttini gücləndirmək üçün iki namizəd üzərində dayanıb.
Klub hazırda 23 yaşlı belçikalı qolkiper Senne Lamensin transferi üçün “Royal Antverp”lə danışıqlar aparır. “Yunayted” bu keçidə görə təxminən 25 milyon avro ödəməyə hazırdır.
Digər ehtimal olunan seçim isə 32 yaşlı argentinalı dünya çempionu Emiliano Martinesdir. Əgər Lamens transferi baş tutmasa, mankunianlar yenidən Emiliano ilə danışıqlara başlayacaqlar.
Məlumatı tanınmış insayder Fabrizio Romano yayıb.
© Copyright 2025, All Rights Reserved