"Man Yunayted"in əfsanəsi ayrılığı açıqladı

90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasında çətin dönəm yaşayan "Mançester Yunayted"də baş məşqçi Ruben Amorimin gələcəyi ciddi şəkildə sual altına düşüb. Komanda 7 turdan sonra cəmi 10 xalla turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.
Əfsanəvi keçmiş yarımmüdafiəçi Pol Skoulz Amorimin komandadakı vaxtının sona yaxınlaşdığını bildirib.
Skoulz bu barədə belə deyib:
"Düşünürəm ki, Ruben Amorim məsələsində artıq o həddə çatmışıq ki, məşqçilərin istefasından danışmaq istəmirik. 'Mançester Yunayted' rəhbərliyi həmişə məşqçilərə kifayət qədər zaman verir."
"O, heç vaxt azarkeşlər tərəfindən fitə basılmaz. Amma yalnız 'Brentford'la oyundan (1:3) sonra düşündüm ki, bəlkə də artıq ona çox vaxt verilib. İndi isə sanki bu sonun sadəcə zaman məsələsi olduğunu göstərir."
"Mançester Yunayted" bu mövsüm istər oyun keyfiyyəti, istər nəticələr baxımından ardıcıl tənqid olunur. Son olaraq "Brentford" qarşısında alınan 1:3-lük məğlubiyyət azarkeşlərin və ekspertlərin narahatlığını daha da artırıb.
Klub rəhbərliyinin Amorimə nə qədər daha vaxt verəcəyi və mümkün istefanın nə zaman reallaşacağı böyük maraq doğurur.
© Copyright 2025, All Rights Reserved