“Man Yunaytee”in lənət seriyası davam edir

"Arsenal”ın “Old Trafford”da qalib gəlməsi (1-0) “Mançester Yunayted” üçün uğursuz seriyanın davam etməsi demək idi.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının açılış turunda “Mançester Yunayted” öz meydanında “Arsenal”a 0-1 hesabı ilə uduzması “Qırmızı Şeytanlar”ın “Topçular” üzərində Premyer Liqada qələbəsiz seriyasını 6 oyuna çatdırıb.
Ruben Amorimin rəhbərliyi altında keçirilən ilk matçda məğlubiyyət azarkeşlərin ümidlərini bir qədər sarsıdıb.
OptaJoe-nun məlumatına görə, “Arsenal”a məğlubiyyət Amorimin Premyer Liqadakı 28-ci oyununda 15-ci itki olub (7 qələbə, 6 heç-heçə). Bu göstərici ilə portuqaliyalı mütəxəssis elitada yeni yüksələn klublar istisna olmaqla, tarixdə ən tez 15 məğlubiyyət yaşayan baş məşqçi kimi qeydə alınıb. Sonuncu dəfə belə hal 2009-cu ildə Pol Hartın “Portsmut”la başına gəlmişdi – 27 oyunda 15 məğlubiyyət.
Matçdan sonra “Mançester Yunayted”in kapitanı Bruno Fernandeş açıqlama verib:
“Əldə etmək istədiyimiz uğurlar və həyata keçirmək istədiyimiz hədəflər üçün ümidim çox böyükdür. Bu gün müsbət işlər gördük. Azarkeşlərimizin oyunun sonunda bizi dəstəkləməsi isə məni çox sevindirdi. Onları həqiqətən təbrik edirəm”.
Digər tərəfdən, “Arsenal”ın “Böyük Altılıq” rəqiblərinə qarşı heyrətamiz seriyası davam edir. “Topçular” son 22 oyunda məğlub olmayıb – 13 qələbə, 9 heç-heçə.
© Copyright 2025, All Rights Reserved