Mançester klubları brazilyalı üçün yarışda

90plus.az xəbər verir ki, Premyer Liqanın nəhəng klubları olan "Mançester Yunayted" və "Mançester Siti" “Korintians” klubunun istedadlı yarımmüdafiəçisi Breno Bidonun transferində maraqlıdır.
Son bir ayda “Korintians” forması ilə göstərdiyi oyunla diqqət çəkən 20 yaşlı futbolçuya maraq durmadan artır. Artıq həm Mançester klubları, həm də "Vulverhempton" Bidonun nümayəndələri ilə ilkin təmas qurub.
Eyni zamanda İtaliyanın "Napoli" və Niderlandın PSV klubları da oyunçunun transferini yaxından izləyir.
Braziliya mediası bildirir ki, Breno Bidon Avropada karyera qurmaq niyyətindədir və Səudiyyə Ərəbistanından gələn təklifləri geri çevirib. Bu da onun Avropaya keçidinin daha real olduğunu göstərir.
© Copyright 2025, All Rights Reserved