"Mançester Siti" Almaniya klubundan futbolçu alır
90plus.az xəbər verir ki, “Mançester Siti” heyətini "Ayntraxt Frankfurt"un 22 yaşlı müdafiəçisi Nataniel Braunla gücləndirməyi planlaşdırır.
Alman klubu cinah müdafiəçisi üçün 65 milyon avro təzminat tələb edir. Braun 2024-cü ilin yanvarında "Nürnberq"dən 3 milyon avroya Frankfurt komandası ilə müqavilə imzalamışdı.
Almaniya millisinin üzvü bu mövsüm hazırkı komandasında 30 oyunda 3 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müqaviləsi isə 2030-cu il iyunun 30-na qədər qüvvədədir.
© Copyright 2026, All Rights Reserved