"Mançester Siti" argentinalı futbolçusunu satdı

"Komo" icarəyə götürdüyü Maksimo Perrone ilə bağlı qərarını açıqlayıb.
90plus.az xəbər verir ki, İtaliya klubu argentinalı futbolçunun transfer hüquqlarını tam olaraq əldə edib. Bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.
"Komo" Perronenin keçidi üçün "Mançester Siti"yə 15 milyon avro ödəyəcək. 22 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə bağlanıb.
Xatırlatma: Maksimo Perrone ötən ilin yayında "Komo"ya icarə əsasında qoşulmuşdu. Argentina millisinin üzvü A Seriyası klubunun heyətində çıxış etdiyi 26 rəsmi oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved