“Mançester Siti” “Arsenal”ı haqlayır, az qaldı
“Mançester Siti” “Çelsi”ni darmadağın etdi – çempionluq yarışı qızışır.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 32-ci turunda "Siti" “Çelsi”ni 3:0 hesabı ilə məğlub edərək çempionluq yarışında mühüm addım atıb:
Çelsi 0 - 3 Man Siti
N Orelli 51’
M. Qehi 57’
J. Doku 68’
Qollar: https://t.me/doxsanplus/116257
Bu qələbə ilə “Siti” lider “Arsenal”la xal fərqini 6-ya endirib. Üstəlik, Pep Qvardiolanın komandası ehtiyatda olan bir oyun üstünlüyünə də malikdir. Bu isə çempionluq mübarizəsini daha da gərginləşdirir.
Maraqlı məqamlardan biri də “Çelsi”nin uğursuz seriyasıdır. London klubu artıq bütün turnirlər daxil olmaqla son 13 oyunda “Mançester Siti”yə qalib gələ bilmir. “Çelsi” “Siti”ni sonuncu dəfə 2021-ci ildə Çempionlar Liqasının finalında məğlub etmişdi.
Hazırda turnir cədvəlinə 70 xalla “Arsenal” başçılıq edir. “Mançester Siti” 64 xalla ikinci, “Çelsi” isə 48 xalla altıncı pillədə qərarlaşıb.
Növbəti turda isə bütün diqqətlər “Mançester Siti” – “Arsenal” qarşılaşmasına yönələcək. Bu oyun çempionluq taleyində həlledici rol oynaya bilər.
© Copyright 2026, All Rights Reserved