"Mançester Siti" liderlə xal fərqini 2-yə azaltdı
Premyer Liqa – “Mançester Siti”dən inamlı qələbə, zirvə ilə fərq azalır.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 15-ci turunda “Mançester Siti” öz meydanında mövsümün sürpriz komandalarından olan “Sanderlend”i 3–0 hesabı ilə məğlub edərək lider “Arsenal”la xal fərqini 2-yə endirib.
15-ci turun Etihad Stadionunda keçirilən qarşılaşmasında “Mançester Siti” ilk hissəni 2–0 öndə başa vurdu və üstünlüyünü ikinci hissədə də qoruyaraq oyunu 3–0 tamamladı.
Qolları “Mançester Siti”nin futbolçuları Ruben Dias, Yosko Qvardiol və Fil Foden vurdu:
Man Siti 3-0 Sanderlend
Ruben Dias 31'
Josko Gvardiol 35'
Phil Foden 65'
Pep Qvardiolanın komandası bu nəticə ilə xallarını 31-ə yüksəldib. “Sanderlend” isə 23 xalda qalıb:
1.Arsenal - 33 xal
2.Mançester Siti - 31 xal
7.Sanderlend - 23 xal
Qolların videosu:
https://t.me/doxsanplus/111891
https://t.me/doxsanplus/111885
© Copyright 2025, All Rights Reserved