"Mançester Siti" azarkeşlərdən pul ilə üzr istədi
Çempionlar Liqasında sürpriz məğlubiyyət: Futbolçular azarkeşlərdən fərqli şəkildə üzr istədi.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasında ardıcıl xal itkilərindən sonra “Mançester Siti” bu dəfə Çempionlar Liqasında gözlənilməz nəticə ilə üzləşib. İngilis klubu turnirin 7-ci turunda səfərdə Norveç təmsilçisi “Budo/Qlimt”ə 1:3 hesabı ilə məğlub olub.
Favorit sayıldığı qarşılaşmada məğlub olan “Mançester Siti” son 7 oyunda cəmi 2 qələbə qazana bilib. Bu nəticə komandanın azarkeşləri arasında ciddi narazılıq yaradıb.
Məğlubiyyətdən sonra “Mançester Siti” futbolçuları azarkeşlərdən üzr istəmək üçün qeyri-adi addım atıblar. Manchester Evening nəşrinin yaydığı məlumata görə, futbolçular Norveçə səfər edən 374 azarkeşin xərclərini qarşılamaq məqsədilə 10 min funt-sterlinq ianə ediblər.
Xəbərdə bildirilir ki, bu məbləğin toplanmasında Bernardo Silva, Ruben Dias, Rodri və Erlinq Holann da daxil olmaqla bir neçə əsas futbolçu şəxsi vəsaiti ilə iştirak edib. Klub oyunçularının bu addımı azarkeşlər tərəfindən müsbət qarşılanıb.
© Copyright 2026, All Rights Reserved