"Mançester Siti" deyilirdi, "Arsenal" maraqlanır
“Bornmut”un futbolçusu Antuan Semenyo London klubuna keçə bilər.
90plus.az xəbər verir ki.ş “Bornmut”un cinah oyunçusu Antuan Semenyo yanvar transfer pəncərəsi öncəsi ən çox danışılan futbolçulardan biri olub.
25 yaşlı Semenyo uşaqlıqdan “Arsenal” fanatı olub və “Emirates Stadium”a keçid ehtimalı onu maraqlandırırdı. Eyni zamanda, “Arsenal” da onun “Bornmut”dakı sürətli inkişafından təsirlənib.
The Athletic-in məlumatına görə, tərəflər arasında müəyyən əlaqələr olsa da, ilkin yay transfer pəncərəsi üçün olub, yanvar pəncərəsində keçid mümkün görünmür.
İndi isə Semenyonun üstünlük verdiyi istiqamət “Mançester Siti”dir, bu da onun Şimali London klubu ilə dərhal transfer olunma ehtimalını daha da azaldır.
© Copyright 2026, All Rights Reserved