"Mançester Siti" Donnarumma transferini açıqladı

“Manchester Siti” Gianluigi Donnarumma ilə müqavilə bağladı.
90plus.az xəbər verir ki, “Manchester Siti” qapıçı transferini rəsmiləşdirib. Klub PSJ-dən İtaliya millisinin üzvü Cianluici Donnarummanı heyətinə qatıb.
25 yaşlı qolkiperlə 5 illik müqavilə imzalanıb. Transferin məbləği təxminən 26 milyon funt sterlinqdir.
Bu keçid “Manchester Siti”nin əsas qapıçısı Edersonun “Fənərbağça”ya transferindən sonra reallaşıb. Braziliyalı qolkiper Türkiyə təmsilçisinə 12 milyon funt qarşılığında keçib.
Donnarumma açıqlamasında “Pep Qvardiolanın rəhbərliyi altında oynamaq və dünya səviyyəli futbolçularla eyni komandada olmaq böyük qürurdur” sözlərini deyib.
© Copyright 2025, All Rights Reserved