"Mançester Siti" evdə "Tottenhem”ə məğlub oldu

İngiltərə Premyer Liqasının 2-ci turunda "Mançester Siti" öz meydanında "Tottenhem"ə uduzdu.
90plus.az xəbər verir ki, keçən mövsüm gözləntiləri doğrultmayan "Mançester Siti" 2025-26 mövsümünün ilk turunda "Volverhempton"u səfərdə 4-0 məğlub etmişdi. Lakin bu dəfə evdə "Tottenhem Hotspur" qarşısında istənilən oyunu sərgiləyə bilmədi.
Qollar:
https://t.me/doxsanplus/106546
https://t.me/doxsanplus/106547
Pep Qvardiola karyerasında ilk dəfə bir kluba — “Tottenhem”ə qarşı ardıcıl 2 ev matçında məğlub oldu.
Qvardiolanın baş məşqçi kimi ən çox uduzduğu komandalar:
“Tottenhem” ➖ 10 məğlubiyyət (24 oyunda – 11 qələbə, 3 heç-heçə)
“Liverpul” ➖ 10 məğlubiyyət (24 oyunda – 7 qələbə, 7 heç-heçə)
Üstəlik, “Tottenhem” son 5 “Etihad” səfərinin 3-dən qələbə ilə ayrılıb və artıq Qvardiolanın ən böyük “kabus”larından birinə çevrilib.
21/22: “Mançester Siti” 2-3 “Tottenhem”
22/23: “Mançester Siti” 4-2 “Tottenhem”
23/24: “Mançester Siti” 3-3 “Tottenhem”
24/25: “Mançester Siti” 0-4 “Tottenhem”.
25/26: “Mançester Siti” 0-2 “Tottenhem”
Qeyd: "Tottenhem Hotspur" bu nəticə ilə xallarını 6-ya yüksəldib. "Mançester Siti" isə 3 xal ilə turu tamamladı.
© Copyright 2025, All Rights Reserved