"Mançester Siti" futbolçusunu ispan klubuna icarəyə verdi

“Mançester Siti”nin futbolçusu Vitor Reys karyerasını İspaniyada davam etdirəcək.
90plus.az xəbər verir ki, “Jirona” braziliyalı oyunçunu icarəyə götürüb. Bu barədə klubun rəsmi mətbuat xidməti məlumat yayıb.
19 yaşlı mərkəz müdafiəçisi 2025/2026 mövsümündə La Liqa klubunun şərəfini qoruyacaq.
Qeyd: “Mançester Siti” Vitor Reysi bu ilin yayında “Palmeyras” klubundan 37 milyon avroya transfer edib. Gənc oyunçu Premyer Liqa təmsilçisinin heyətində 5 rəsmi qarşılaşmada iştirak edib.
© Copyright 2025, All Rights Reserved