"Mançester Siti" kapitanı ilə yolları ayırır
"Mançester Siti" mövsümün sonunda müqaviləsi başa çatacaq Bernardo Silva ilə bağlı qərarını açıqlayıb.
90plus.az xəbər verir ki, Premyer Liqa nəhəngi portuqaliyalı hücumameyilli yarımmüdafiəçi ilə yollarını ayıracaq.
Klub Bernardo Silvaya yeni müqavilə təklif etməyəcək. 31 yaşlı oyunçu yayda azad agent kimi komandadan ayrılacaq.
"Mançester Siti" Bernardo Silvanı 2017-ci ilin yayında "Monako"dan transfer etmişdi. Portuqaliya millisinin üzvü bu müddət ərzində “şəhərlilər”in heyətində 445 rəsmi oyunda 75 qol və 77 məhsuldar ötürmə ilə yadda qalıb. O, klubda Ruben Diasdan sonra 2-ci kapitandır.
© Copyright 2026, All Rights Reserved