“Mançester Siti” “Lids Yunayted”i məğlub etdi
İngiltərə Premyer Liqasında “Mançester Siti” səfərdə “Lids Yunayted”i 1-0 hesabı ilə məğlub edib. Qələbəni Antoine Semenyonun vurduğu tək qol təmin edib.
90plus.az xəbər verir ki, Premyer Liqanın 28-ci turunda “Lids Yunayted” mövqeyini yaxşılaşdırmaq, düşmə xəttindən uzaqlaşmaq istəyirdi. Lakin çempionluq uğrunda mübarizə aparan “Mançester Siti” Elland Roud stadionunda qonaq olaraq qalib gəldi.
Qonaq komanda 45+2-ci dəqiqədə Antoine Semenyo’nun vurduğu qol sayəsində oyundan qalib ayrıldı.
Matçda vurulan qolun videosuna bu cümləyə klik edərək keçid edin
Bu qələbə ilə ardıcıl 4-cü dəfə qələbə qazanan “Mançester Siti” 59 xal toplayaraq, lider “Arsenal”ın iki xal gerisində davam etdi.
“Lids Yunayted” isə ardıcıl üç oyundur qələbə qazana bilməyərək 31 xalla 15-ci pillədə qaldı.
Qış transfer dönəmində “Mançester Siti”yə qoşulan Antoine Semenyo, yeni komandasında 11-ci oyununa çıxdı. Semenyo bu matçların 10-na start heyətdə başlayıb və “Lids Yunayted” qarşısında vurduğu qol ilə “Mançester Siti”dəki qol sayını 6-ya yüksəltdi. Həmçinin o, bu oyunlarda 2 asistlə də fərqlənib.
© Copyright 2026, All Rights Reserved