Qvardiola 1000-ci matçında “Liverpul”u darmadağın etdi
İngiltərə Premyer Liqasının 11-ci turunda “Mançester Siti” doğma meydanda “Liverpul”u qəbul edib. Pep Qvardiolanın komandası bu görüşdə rəqibini 3:0 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, oyunda hesabı 29-cu dəqiqədə Erlinq Haaland açıb. İlk hissənin əlavə olunmuş vaxtında (45+3) Niko Qonsales fərqi artırıb. 63-cü dəqiqədə isə Ceremi Doku komandasının üçüncü qoluna imza ataraq görüşün yekun nəticəsini müəyyənləşdirib.
Qarşılaşmanın əvvəlində “Mançester Siti” penalti şansı da qazanıb, lakin Haalandın zərbəsini “Liverpul”un qapıçısı Mamardaşvili dəf edib. “Liverpul”un 39-cu dəqiqədə Vircil van Deyk vasitəsilə vurduğu qol isə hakim tərəfindən qayda pozuntusu səbəbilə ləğv olunub:
Man Siti 3 - 0 Liverpul
Erling Haaland 29'
N. González 45+3'
Jeremy Doku 63'
Qollar və epizod:
https://t.me/doxsanplus/110474
https://t.me/doxsanplus/110475
https://t.me/doxsanplus/110477
https://t.me/doxsanplus/110480
Bu qələbə sayəsində “Mançester Siti” xallarını 22-yə yüksəldib və “Arsenal”ın ardından ikinci pillədə qərarlaşıb. "Şəhərlilər" lider “Arsenal”dan 4 xal geri qalırlar.
“Liverpul” isə 18 xalla turnir cədvəlində geri düşüb.
Qarşılaşma həm də Pep Qvardiolanın məşqçilik karyerasındakı 1000-ci oyun kimi tarixə düşüb və təcrübəli mütəxəssis bu yubiley matçını qələbə ilə qeyd edib.
Pep Qvardiola məşqçilik karyerasında 1000 matçda:
🏆 716 qələbə
🥇 40 böyük titul
Ortalama olaraq — hər 25 matçda bir kubok!
© Copyright 2025, All Rights Reserved