“Mançester Siti” uddu, “Tottenhem” sarsıldı, “Aston Villa” geri döndü
Premyer Liqanın 16-cı turunda maraqlı nəticələr qeydə alınıb.
90plus.az xəbər verir ki, “Mançester Siti” səfərdə “Kristal Pelas”ı 3-0 hesabı ilə məğlub edib. Qollara 41 və 88-ci dəqiqələrdə Erlinq Haaland, 69-cu dəqiqədə isə Foden imza atıb. Bu nəticə ilə “Mançester Siti” xalını 34-ə yüksəldib. Sezonun yarısına çatmadan 17 qol vurmuş Haalandın Çempionlar Liqasında da 6 qolu var. “Kristal Pelas” isə 26 xalda qalıb.
“Man Siti” 5-ci pillədəki “Kristal Pelas”ın yaxınlaşmasına icazə vermədi və xal fərqini artıraraq 2-ci sıradakı mövqeyini qorudu:
Kristal Pelas 0-3 Man Siti
Erling Haaland 41',89' (P)
Fil Foden 69'
"Mançester Siti"nin vurduğu qollara keçid etmək üçün cümləyə klik edin
Digər oyunda “Tottenhem” səfərdə “Notinqem Forest”a eyni hesabla 0-3 məğlub olub:
“Tottenhem”də eniş davam edir:
Premyer Liqada keçirilən son 7 oyunda cəmi 1 qələbə əldə ediblər:
Nottingem 3-0 Tottenhem
Hudson Odoi 28' 50'
Ibrahim Sangare 79'
Bu nəticədən sonra “Notinqem Forest” 18 xal toplayıb, “Tottenhem” isə 22 xalda qalıb.
"Nottingem"in qollarına keçid etmək üçün cümləyə klik edin
Liqada üçüncü pilləni hədəfləyən “Aston Villa” isə səfərdə “Vest Hem”i 3-2 hesabı ilə məğlub edib. Londona qarşı oyun əvvəlcə “Vest Hem”in üstünlüyü ilə başlayıb: Fernandes 1-ci, Bouen isə 24-cü dəqiqədə fərqlənib. “Aston Villa” isə Mavropanos (9), Morqan Rocers (50 və 79) ilə geri dönərək qalib gəlib. Bu nəticə ilə “Aston Villa” 33 xala çatıb.
Sezonun sürprizi “Sanderlend” evdə “Nyukasl”ı Uoltemadenin avtoqolu ilə 1-0 hesabı ilə məğlub edərək 26 xal toplayıb. “Nyukasl Yunayted” isə 22 xalda qalıb.
Bu tur Premier Liqada lider “Mançester Siti” yüksəlir, “Tottenhem” çətin gün keçirir, “Aston Villa” isə əzmkar qələbə ilə davam edir.
© Copyright 2025, All Rights Reserved