"Mançester Siti" yetirməsini transfer etmək istəyir

Ceyms Traffordun "Mançester Siti"yə geri dönmə ehtimalı var.
90plus.az xəbər verir ki, "şəhərlilər" yay transfer pəncərəsində gənc qapıçını komandaya qaytarmaq variantını dəyərləndirirlər. Ancaq bu, yalnız Ederson və ya Ştefan Orteqa komandadan ayrılarsa gerçəkləşə bilər.
Son günlər "Siti" "Bernli" ilə əlaqə saxlayıb. Klubun öz yetirməsi üçün geri alma hüququ olduğundan, futbolçunun transferi ilə maraqlanan "Nyukasl"la hələlik heç bir razılıq əldə edilməyib.
© Copyright 2025, All Rights Reserved