“Mançester Siti” 7 ildən sonra ən uğursuz mövsümünü yaşayır

“Mançester Siti” baş məşqçi Pep Qvardiolanın rəhbərliyi altında ilk dəfə olaraq bir mövsümü yalnız bir kubokla başa vurur.
90plus.az xəbər verir ki, 2016-cı ildən komandaya rəhbərlik edən ispaniyalı mütəxəssis 1 il heç nə qazanmasa da, sonrakı hər mövsüm bir neçə kubok qazanmağı bacarmışdı. 7 ilin 6-da Premyer Liqa çempionu olmuşdu.
Lakin bu mövsüm “Siti” üçün uğursuz keçib. Komanda İngiltərə Kubokunun (“FA Cup”) finalında “Kristal Pelas”a uduzaraq titula yiyələnə bilməyib.
Premyer Liqada çempionluğu “Liverpul”a uduzan “Mançester Siti”, UEFA Çempionlar Liqasında isə pley-off mərhələsində “Real Madrid”ə məğlub olaraq turnirdən kənarda qalıb. Digər tərəfdən, İngiltərə Liqa Kubokunda isə komanda 1/8 final mərhələsində “Tottenhem”ə məğlub olub.
Beləliklə, “Mançester Siti” mövsümü cəmi bir kubokla - yalnız İngiltərə Super Kuboku ilə başa vurur və hələ də növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməyib.
© Copyright 2025, All Rights Reserved