"Mançester Siti"də ayın oyunçusu o seçildi
90plus.az xəbər verir ki, “Mançester Siti” klubunun rəsmi saytının məlumatına görə, Fil Foden noyabr ayının ən yaxşı futbolçusu seçilib.
25 yaşlı yarımmüdafiəçi ötən ay altı oyunda iştirak edərək dörd qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb. Ötən mövsümdəki forma enişindən sonra Fodenin yenidən ən yüksək səviyyəsinə qayıtdığı bildirilir.
Dekabr ayına da inamlı başlayan futbolçu “Fulhem” üzərində Premyer Liqa qələbəsində dubla imza ataraq möhtəşəm çıxışını davam etdirib.
Beləliklə, azarkeşlər və klub rəhbərliyi Fodenin ardıcıl parlaq performansını nəzərə alaraq onu noyabr ayının ən yaxşı oyunçusu elan ediblər.
© Copyright 2025, All Rights Reserved