"Mançester Siti"də böyük ŞOK - Xal silmə cəzası
"Mançester Siti"ni ciddi cəza təhlükəsi gözləyir.
90plus.az xəbər verir ki, İngiltərə nəhənginə qarşı irəli sürülən 115 maliyyə pozuntusu ilə bağlı yekun qərarın ağır ola biləcəyi iddia edilir. Məlumata görə, Premyer Liqa rəhbərliyi Pep Qvardiolanın çalışdırdığı komandaya 60 xal silinməsi cəzası verə bilər.
Bildirilir ki, klubun üzləşdiyi ittihamlar arasında sponsorluq müqavilələrinin real dəyərinin düzgün göstərilməməsi, məşqçi və futbolçuların maaşlarının hesabatlarda qeyri-dəqiq təqdim olunması, həmçinin UEFA-nın maliyyə qaydaları və liqanın maliyyə davamlılığı prinsiplərinin pozulması yer alır.
Qeyd: Belə bir qərar qəbul olunacağı təqdirdə, "Mançester Siti"nin çempionluq mübarizəsinə ciddi təsir göstərə bilər.
© Copyright 2026, All Rights Reserved