"Mançester Siti"də Qvardiola dövrü bitdi - Yerinə NAMİZƏD bəllidir
"Mançester Siti"də baş məşqçi dəyişikliyi gündəmə gəlib.
90plus.az xəbər verir ki, mövsümün sonunda Pep Qvardiola ilə yolların ayrılması gözlənilən İngiltərə klubunun yeni baş məşqçi namizədi müəyyənləşib.
Məlumata görə, "Mançester Siti" rəhbərliyi hazırda "Komo 1907"ni çalışdıran Sesk Fabreqası siyahının ilk sırasına yazıb. İspan mütəxəssislə "Barselona", "Real Madrid" və "Arsenal" kimi klubların da maraqlandığı bildirilir.
Bununla belə, Sesk Fabreqasın yaxın zamanda daha böyük kluba keçidə tam qərarlı olmadığı qeyd olunur. Onun "Komo 1907"də qalaraq komandasını UEFA Çempionlar Liqasında mübarizə aparmağa çıxarmağı prioritet hesab edə biləcəyi iddia edilir.
Qeyd: 38 yaşlı mütəxəssis 2025/26 mövsümündə "Komo 1907"nin baş məşqçisi kimi 35 oyunda 20 qələbə, 10 heç-heçə və 5 məğlubiyyətlə orta hesabla 2.00 xal toplayıb.
© Copyright 2026, All Rights Reserved