"Mançester Siti"də zədə şoku - Yeni transfer zədələndi

UEFA Çempionlar Liqasında "Qalatasaray"ın rəqibi olan İngiltərənin nəhəng klubu "Mançester Siti" ciddi itki ilə üzləşib.
90plus.az xəbər verir ki, Premyer Liqada səfərdə "Brayton"a 2:1 hesabı ilə məğlub olan "şəhərlilər", qarşılaşma sonrası zədə xəbəri ilə sarsılıb.
Komandanın yay transfer pəncərəsində 36.5 milyon avroya "Lion"dan transfer etdiyi cazairli sağ cinah oyunçusu Rayan Çerki zədələnib. Klubun ilkin açıqlamasına görə, gənc futbolçunun ən azı 2 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Bu vəziyyət "Mançester Siti"nin 28 yanvar tarixində "Qalatasaray" ilə keçirəcəyi Çempionlar Liqası qarşılaşması öncəsi ciddi bir itki kimi dəyərləndirilir.
© Copyright 2025, All Rights Reserved