"Mançester Siti"dən gənc futbolçusuna uzunmüddətli müqavilə

"Mançester Siti" gənc futbolçusu ilə uzunmüddətli müqavilə imzaladı.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqası təmsilçisi "Mançester Siti" 20 yaşlı yarımmüdafiəçi Niko O'Reilli ilə yeni müqavilə imzalayıb.
Klubun rəsmi açıqlamasında bildirilib: "Niko O'Reilly, Mançester Siti ilə 2030-cu ilin yayına qədər klubda qalmasını təmin edən 5 illik yeni müqaviləyə imza atdı."
20 yaşlı futbolçu 8 yaşında "Mançester Siti" akademiyasına qoşulub. O, ötən mövsüm əsas komandaya yüksəlib və indiyə qədər A komandada 27 oyuna çıxaraq 5 qol vurub.
© Copyright 2025, All Rights Reserved