"Mançester Siti"dən möhtəşəm başlanğıc

İngiltərə Premyer Liqasının açılış həftəsində "Mançester Siti" səfərdə "Vulverhempton"u 4:0 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, ”Mançester Siti” avqust ayında Premyer Liqada möhtəşəm seriyanı davam etdirir.
Son 9 avqust oyunu: 29-5 hesabı ilə qələbə.
"Mançester Siti"nin qapısını yeni transfer Ceyms Treford qoruyub.
"Mavi-ağlar" hər hissədə iki qol vuraraq, mövsümə inamlı start verib:
Vulherhempton 0 - 4 Man Siti
E. Haaland 34', 61’
T. Reijnders 37'
M. Cherki 81'
Qollar:
https://t.me/doxsanplus/106260
https://t.me/doxsanplus/106268
https://t.me/doxsanplus/106273
Qələbə sayəsində "Mançester Siti" turnir cədvəlinə 3 xalla başlayıb. "Vulverhempton" isə mövsümə xalsız start verib.
Qeyd: "Şəhərlilər" son 15 mövsümdən 14-də açılış oyununu qazanıblar.
Erlinq Haaland = Açılış Günü Ulduzu
Erlinq Haaland “Mançester Siti”yə transfer olduğundan bəri Premyer Liqadakı bütün açılış oyunlarında qol vurub.
📅 2022/23: 2 qol vs. Vest Hem
📅 2023/24: 2 qol vs. Bernli
📅 2024/25: 1 qol vs. Çelsi
📅 2025/26: 1 qol vs. Vulverhempton
Premyer Liqaya gələndən bəri 38 səfər qol – heç kim 30-a belə çatmır (ikinci ən yaxşısı 29).
Pep Qvardiolanın Yeni Şahzadəsi: Ticani Reynders!
Debüt oyununda həm qol, həm də assist!
“Man Siti” tarixində yalnız ikinci oyunçu (ilk: Sergio Aqüero, 2011).
© Copyright 2025, All Rights Reserved