"Mançester Yunayted" 100 milyona aldı, 25 milyona satdı

90plus.az xəbər verir ki, "Mançester Yunayted"in braziliyalı vingeri Antoni rəsmən "Real Betis" klubuna transfer olunub. Razılaşmaya əsasən, İspaniya təmsilçisi bu keçid üçün 25 milyon avro ödəyəcək. Müqavilədə həmçinin gələcək satışdan 50% pay maddəsi də yer alıb.
Transfer son gün yekunlaşıb və futbolçunun ötən mövsüm "Real Betis"də icarə əsasında keçirdiyi uğurlu müddətdən sonra daimi keçid rəsmiləşdirilib.
Antoni 2022-ci ilin yayında "Ayaks" klubundan "Mançester Yunayted"ə transfer olunmuşdu. O, İngiltərə klubunda ümumilikdə 96 oyuna çıxaraq 12 qol vurub.
Ruben Amorimin noyabr ayında baş məşqçi təyin edilməsindən sonra Antoni əsas heyət şanslarını itirib və əsasən ehtiyat oyunçular skamyasında yer alıb. Bu vəziyyət onun İspaniyaya daimi keçidini qaçılmaz edib.
"Real Betis" yeni mövsümdə Antonidən böyük gözləntilər içindədir.
© Copyright 2025, All Rights Reserved