“Mançester Yunayted” 11 futbolçusunu satır, Bruno da var
“Mançester Yunayted” yayda kütləvi dəyişikliklərə hazırlaşır – Bruno Fernandeş də satış siyahısında yer alır.
90plus.az xəbər verir ki, “Man Yunayted” 2025-ci ilin yay transfer pəncərəsində radikal yenilənməyə gedə bilər. İngiltərə mediasının məlumatına görə, klub rəhbərliyi komandanın tam qurulması üçün kapitan Bruno Fernandeş də daxil olmaqla 11 futbolçunun satışına hazırdır.
Məlumata əsasən, “Man Yunayted” yeni mövsümdə həm “wing-back” - cinah müdafiəsi xəttini gücləndirmək, həm də mərkəz sahəyə dinamiklik gətirmək istəyir. Klubun hədəfində olan yarımmüdafiəçilər arasında Elliot Anderson, Adam Uorton, Karlos Baleba, Joao Qomes, Angelo Stiller və Konor Qallaherin adı çəkilir.
Satıla biləcək futbolçular:
Hazırda müzakirələr davam edir və “Man Yunayted” yayda böyük dəyişikliklərin anonsunu verib. Klubun mövsümü hansı heyətlə qarşılayacağı isə transfer pəncərəsinin gedişatından asılı olacaq.
ℹ️ Mənbə: The Sun / ESPN
© Copyright 2026, All Rights Reserved