"Mançester Yunayted" 70 milyon avroya hücumçu alır

"Mançester Yunayted" "Aston Villa"nın hücumçusu Olli Uotkinsin keçidini reallaşdırmaq niyyətindədir.
90plus.az xəbər verir ki, klub artıq 25 yaşlı futbolçu ilə bağlı Birmingem təmsilçisinə rəsmi sorğu göndərib.
Uotkinsin Rasmus Hoylundu heyətdə əvəzləyəcəyi gözlənilir. "Aston Villa" bu transfer üçün təxminən 70 milyon avro tələb edir.
© Copyright 2025, All Rights Reserved