"Mançester Yunayted" "Barselona"ya təklif göndərdi

"Mançester Yunayted" Fermin Lopesin transferində maraqlıdır.
90plus.az xəbər verir ki, "Diario Sport" nəşrinin məlumatına əsasən, Premyer Liqa təmsilçisi "Barselona"nın 22 yaşlı yarımmüdafiəçisi üçün 70 milyon avrodan artıq təklif etməyə hazırdır. Hələlik konkret danışıqlar başlamasa da, bütün tərəflər vəziyyətdən agahdır və qarşıdakı həftələrdə danışıqların sürət qazanacağı ehtimal olunur.
Kataloniya təmsilçisində Ferminlə yolların ayrılıb-ayrılmaması mövzusunda yekdil fikir yoxdur. Lakin yüksək təkliflərin dəyərləndirilməsi düşüncəsi gündəmdədir və 70 milyonluq təklif də bu kateqoriyaya aiddir.
Yay transfer pəncərəsinin əvvəlində Ferminlə "Arsenal", "Çelsi" və Səudiyyə Ərəbistanından bir klub maraqlanmışdı. Lakin oyunçu "Barselona"da qalmağa üstünlük vermişdi. "Mançester Yunayted" isə onu bu qərarından döndərməyə ümid edir.
Fermin Lopes ötən mövsüm La Liqada 28 matçda iştirak edib və 6 dəfə fərqlənib.
© Copyright 2025, All Rights Reserved