"Mançester Yunayted" braziliyalını komandada saxlamaq istəyir
90plus.az xəbər verir ki, “qırmızı şeytanlar” 33 yaşlı braziliyalı futbolçu Kazemiro ilə daha bir illik müqavilə imzalamağı planlaşdırır.
Hazırda Kazemironun “Mançester Yunayted”lə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir, lakin təcrübəli yarımmüdafiəçi komandanı tərk etmək niyyətindədir.
Əgər tərəflər razılığa gəlsə, yeni müqavilə qüvvəyə minəcək; əks halda, Kazemiro Mançesteri tərk edəcək.
Qeyd: Kazemiro karyerası ərzində "Sao Paolo", "Real Madrid" və "Porto" klublarında çıxış etdikdən sonra 2022-ci ildə “Mançester Yunayted”ə keçib.
© Copyright 2026, All Rights Reserved