“Mançester Yunayted” Bruno Fernandeşə xüsusi hədiyyə verdi

“Mançester Yunayted” klubu kapitanı Bruno Fernandeşə xüsusi sənət əsəri hədiyyə edib.
90plus.az xəbər verir ki, bu jest portuqaliyalı futbolçunun klub karyerasındakı 100-cü qolunu qeyd etmək məqsədi daşıyır.
Fernandeş bu yubiley qolunu ötən həftəsonu “Çelsi”yə qarşı keçirilən və 2:1 hesablı qələbə ilə nəticələnən oyunda vurmuşdu.
Klubun rəsmi saytına danışan 29 yaşlı yarımmüdafiəçi bunları deyib:
“Əvvəldən bu günə qədər yanımda olan hər kəsə təşəkkür edirəm. Qollar, assistlər, penaltilər – hər biri üçün minnətdaram. Bu böyük rəqəmə çatdığım üçün çox xoşbəxt və qürurluyam.”
“Futbolçu olarkən belə bir məqsədim yox idi, bu, arzum deyildi. Amma bu uğur mənim üçün bir imtiyazdır. Ümid edirəm ki, bu nailiyyətlə bərabər, klubun kubok kolleksiyasına da daha çox titul əlavə edə bilərik. Çünki ən vacib olan budur.”
Bruno Fernandeş “Mançester Yunayted”ə 2020-ci ilin yanvarında “Sportinq”dən transfer olunub. O vaxtdan bəri klubun əsas oyunçularından birinə çevrilib və liderlik keyfiyyətləri ilə azarkeşlərin rəğbətini qazanıb.
© Copyright 2025, All Rights Reserved