"Mançester Yunayted" Bryan Mbeumonu transfer etdi

İngiltərənin nəhəng klublarından olan "Mançester Yunayted", "Brentford"un hücumçusu Bryan Mbeumonun transferini rəsmən elan edib. Klub 25 yaşlı kamerunlu futbolçu ilə 2030-cu ilə qədər müqavilə imzalayıb.
90plus.az xəbər verir ki, transferin detalları da açıqlanıb. "Mançester Yunayted" Mbeumo üçün "Brentford" klubuna 65 milyon funt sterlinq ödəyəcək. Müqaviləyə daxil edilən 6 milyon funt sterlinq dəyərindəki bonuslarla birlikdə transferin ümumi dəyəri 82 milyon avroya çatır.
Bryan Mbeumo ötən mövsüm "Premyer Liqa"da 20 qol vuraraq adından söz etdirməyi bacarmışdı. Onun yeni mövsümdə "Mançester Yunayted"in hücum xəttinə güclü töhfə verəcəyi gözlənilir.
© Copyright 2025, All Rights Reserved