"Mançester Yunayted" bu oyunçunu "Barselona"ya satmağa razıdır
"Barselona" "Mançester Yunayted"in hücumçusu Markus Reşfordun icarə müqaviləsinin müddətini uzatmaq istəyir.
90plus.az xəbər verir ki, 28 yaşlı futbolçu artıq klub rəhbərliyinə Kataloniya təmsilçisində qalmaq istədiyini bildirib.
Hazırda "Barselona" ilə "Mançester Yunayted" arasında hücumçunun gələcəyi ilə bağlı danışıqlar davam edir. İspaniya klubu icarə müddətini uzatmaq niyyətində olsa da, İngiltərə təmsilçisi əvvəlcədən razılaşdırıldığı kimi, futbolçunun birdəfəlik transferində israr edir.
Qeyd: Markus Reşford bu mövsüm La Liqada 23 oyunda iştirak edib, 4 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved