"Mançester Yunayted" "Çelsi"nin ən yaxşısına təklif göndərir
“Mançester Yunayted” klub daxilində aparılan müzakirələrdən sonra “Çelsi”nin futbolçusu Koul Palmerə təklif göndərmək qərarına gəlib.
90plus.az xəbər verir ki, “qırmızı şeytanlar” 31 yaşlı yarımmüdafiəçi Bruno Fernandesin gələcəyi qeyri-müəyyən olduğundan, onu Palmerlə əvəz etməyi planlaşdırır.
Eyni zamanda London klubu ingilis futbolçunu satmağa hazır olduğunu açıqlayıb.
Bu mövsüm Palmer bütün turnirlərdə 12 oyunda iştirak edib və dörd qol vurub. Onun “Çelsi” ilə mövcud müqaviləsi 2033-cü ilin yayına qədər qüvvədədir.
“Transfermarkt” məlumatına görə, futbolçunun bazar qiyməti 120 milyon avro təşkil edir.
© Copyright 2026, All Rights Reserved