"Mançester Yunayted" əfsanəsi: “Osimheni dərhal alın!”

"Qalatasaray"ın bu mövsüm parlayan ulduzu, nigeriyalı hücumçu Viktor Osimhenin gələcəyi ilə bağlı yeni məlumatlar ortaya çıxmağa davam edir.
90plus.az xəbər verir ki, Avropanın aparıcı klublarının diqqət mərkəzində olan futbolçuya bu dəfə "Mançester Yunayted" cəbhəsindən maraqlı açıqlama gəlib.
Osimhenin Avropa nəhənglərindən tələbatı bitmir
Müqavilə hüquqları "Napoli"yə məxsus olan və 75 milyon avroluq sərbəst qalma maddəsi olan Osimhenin "Qalatasaray"da saxlanması çətinləşir. Avropa nəhənglərinin ulduz futbolçuya marağı sarı-qırmızılı klub üçün bu transfer məsələsini daha mürəkkəb hala gətirib.
Ueyn Runi: “Osimheni transfer edin”
"Mançester Yunayted"in əfsanəvi hücumçularından olan Ueyn Runi, klub rəhbərliyinə Osimhenlə bağlı açıq mesaj göndərib. Runi "Mançester Yunayted"in növbəti mövsüm üçün transfer etməli olduğu üç əsas oyunçunu açıqlayıb: qapı üçün David De Xea, müdafiə xəttinə Mark Gehi və hücuma isə Viktor Osimhen.
Müzakirələr mövsüm sonuna planlaşdırılıb
"Mançester Yunayted" mövsüm bitdikdən sonra həm futbolçunun özü ilə, həm də onun bonservisini əlində saxlayan "Napoli" ilə danışıqlara başlamağı planlaşdırır.
Qalatasaray tarixində iz qoydu
Bu mövsüm "Qalatasaray" forması ilə 39 oyuna çıxan Viktor Osimhen 35 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. O, klub tarixində bir mövsümdə ən çox qol vuran legioner futbolçu kimi tarixə düşüb.
© Copyright 2025, All Rights Reserved