“Mançester Yunayted” 3 matç sonra uddu
İngiltərə Premyer Liqasının 13-cü turunda “Kristal Palas” öz meydanında “Mançester Yunayted”i qəbul edib.
90plus.az xəbər verir ki, gərgin mübarizə qonaqların 2–1 hesablı qələbəsi ilə yekunlaşıb. Ruben Amorimin çalışdırdığı “Mançester Yunayted” üç oyunluq qələbəsiz seriyaya son qoyub.
Oyunun ilk hissəsində hər iki komanda ehtiyatlı çıxış etsə də, hesabı açan tərəf meydan sahibləri olub. Qarşılaşmanın 36-cı dəqiqəsində Jan-Filipp Mateta dəqiq zərbə ilə “Kristal Palas”ı önə keçirib və fasiləyə bu hesabla yollanılıb.
İkinci hissəyə daha məqsədyönlü başlayan “Mançester Yunayted” 54-cü dəqiqədə Coşua Zirkzenin vurduğu qolla tarazlığı bərpa edib. Yalnız 9 dəqiqə sonra Meyson Maunt komandasını önə keçirən qola imza atıb – 2:1.
Qalan dəqiqələrdə üstünlüyünü qorumağı bacaran Amorimin komandası 3 xalı hesabına yazdıraraq xallarını 21-ə yüksəldib. “Kristal Palas” isə 20 xalda qalıb:
Kristal Pelas 1-2 Man Yunayted
Mateta 36'
Zirkzee 54'
Mount 63'
Qollar: https://t.me/doxsanplus/111551
Üç oyun sonra ilk qələbə
“Mançester Yunayted” bu qələbə ilə Premyer Liqada üç matçlıq həsrətə son qoyub. Komanda əvvəlki qarşılaşmalarda “Nottingem Forest” və “Tottenhem”lə heç-heçə etmiş, evdə isə “Everton”a məğlub olmuşdu.
Ruben Amorimin komandası növbəti turda hafta içi keçiriləcək matçda “Vest Hem Yunayted”lə, gələn həftəsonu isə “Vulverhempton”la qarşılaşacaq.
© Copyright 2025, All Rights Reserved