"Mançester Yunayted" Harri Maquayrla müqavilə yeniləyir

“Mançester Yunayted” 2026-cı ilin yayında müqaviləsi başa çatacaq müdafiəçi Herri Maquayrla sözləşməni uzatmaq üçün danışıqlara start verib.
90plus.az xəbər verir ki, Fabrizio Romanonun məlumatına görə, klub rəhbərliyi ingilis futbolçunun həm meydandakı çıxışından, həm də bazadakı müsbət təsirindən olduqca razıdır.
Maquayrın komandadakı liderlik keyfiyyətləri və peşəkar münasibəti rəhbərlik tərəfindən yüksək qiymətləndirilir.
Mənbə: Fabrizio Romano
© Copyright 2025, All Rights Reserved