"Mançester Yunayted" hücumçusu ilə sağollaşır
“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze qış transfer pəncərəsində klubdan ayrılmaq ehtimalı daşıyır.
90plus.az xəbər verir ki, futbolçunu transfer etməyi planlaşdıran klublardan biri “Everton”dur. Mersisayd təmsilçisi yanvarda hücum xəttini gücləndirməyi nəzərdə tutur.
Əvvəlcə “Everton” “Arsenal”ın forvardı Qabriel Jesusu transfer etmək istəyib, lakin London klubunun baş məşqçisi Mikel Arteta braziliyalı futbolçunu komandada saxlamağa qərar verib. Bu səbəbdən “Everton” diqqətini digər namizədlərə yönəldib və siyahıda Coşua Zirkzenin də adı yer alır.
© Copyright 2026, All Rights Reserved