"Mançester Yunayted" hücumçusunu yayda göndərəcək
Zirkzee yayda “Mançester Yunayted”dən ayrıla bilər.
90plus.az xəbər verir ki, “Mançester Yunayted”in hücumçusu Coşua Zirkzee cari mövsümdə kifayət qədər oyun şansı ala bilmədiyi üçün yay transfer pəncərəsində klubdan ayrılmağı düşünür.
Məlumata görə, 24 yaşlı futbolçu bu mövsüm cəmi dörd oyuna start heyətində başlayıb və baş məşqçi Ruben Amorim komandanın sükanı arxasına keçəndən sonra əsas heyətdə yer almayıb.
Qış transfer pəncərəsi zamanı Amorimin Zirkzeenin ayrılmasına qarşı olmadığı bildirilsə də, klub rəhbərliyi mümkün transferin qarşısını alıb.
Hazırda niderlandlı hücumçu komandada hücum xəttində əsas seçimlərdən biri sayılmır. O, heyət seçimində Benjamin Şeşko ilə yanaşı, həmçinin Bryan Mbeumo, Mateus Kunya və Amad Diallo kimi futbolçuların da arxasında qalır. Maraqlıdır ki, bu oyunçuların bəziləri klassik mərkəz hücumçusu mövqeyində çıxış etmirlər.
Məlumata görə, “Mançester Yunayted” növbəti transfer pəncərəsində sol cinah vingeri transfer etməyi planlaşdırır. Bu səbəbdən Zirkzeenin satışı klubun yeni transferlər üçün maliyyə imkanlarını artırmaq məqsədi daşıya bilər.
© Copyright 2026, All Rights Reserved