"Mançester Yunayted" İngiltərədən müdafiəçi alır
“Mançester Yunayted” “Bornmut”un müdafiəçisi Markos Senesiyə maraq göstərib.
90plus.az xəbər verir ki, “Mançester Yunayted” dekabr ayında “Bornmut”un mərkəz müdafiəçisi Markos Senesiyə zəng edərək maraqlarını bildirib.
Argentina millisinin üzvü bu mövsümün sonunda “Bornmut”dakı müqaviləsini başa vuracaq və sərbəst agent kimi komandadan ayrılmağı planlaşdırır.
Yunayted marağını rəsmi olaraq çatdırsa da, bu, Rubin Amorimin istefasından əvvəl baş verib. Hazırda klub mövsümün qalan hissəsi üçün müvəqqəti baş məşqçi axtarışı ilə məşğul olduğundan bütün transfer danışıqları təxirə salınıb.
Bu vəziyyətdən “Yuventus” və “Barselona” yararlana bilər. Onlar "Yunayted"dən fərqli olaraq, 1 yanvardan etibarən Senesi ilə ön müqavilə bağlamaq imkanına malikdirlər.
© Copyright 2026, All Rights Reserved