"Mançester Yunayted" ispan mütəxəssisə "elçi düşdü"
“Bornmut” klubunun baş məşqçisi Andoni İraola “Mançester Yunayted”in maraq göstərdiyi mütəxəssislər arasındadır.
90plus.az xəbər verir ki, ispaniyalı çalışdırıcı “qırmızı şeytanlar”ın baş məşqçi vəzifəsi üçün nəzərdən keçirilən əsas namizədlərdən biri hesab olunur. Klub rəhbərliyinin hazırda müvəqqəti menecer kimi çalışan Maykl Kerrikin müqaviləsini uzatmağı düşünmədiyi bildirilir.
Bu səbəbdən rəhbərlik İraola ilə danışıqlara başlamağı planlaşdırır. Qeyd olunur ki, 43 yaşlı mütəxəssislə maraqlanan tək klub “Mançester Yunayted” deyil. Belə ki, “Tottenhem” və “Kristal Pelas” da onu potensial məşqçilər siyahısına daxil edib.
İraola məşqçilik karyerası ərzində AEK (Larnaka), “Mirandes” və “Rayo Valyekano” klublarında çalışıb. O, üç il əvvəl “Bornmut”la müqavilə imzalayıb. Mütəxəssisin İngiltərə təmsilçisi ilə anlaşması 30 iyun 2026-cı ilə qədər qüvvədədir.
© Copyright 2026, All Rights Reserved