"Mançester Yunayted" italiyalı məşqçini gətirmək istəyir
Roberto De Zerbi "Tottenhem"in təklifini rədd edərək gələn mövsüm "Mançester Yunayted"də işləməyi qəbul edib.
90plus.az xəbər verir ki, italiyalı mütəxəssis klub rəhbərliyini bu vəzifəyə təyin olunmaq niyyəti barədə məlumatlandırıb. Bu qərar müvəqqəti baş məşqçi vəzifəsini icra edən Maykl Kerrik üçün vəziyyəti çətinləşdirə bilər.
De Zerbi hazırda azad agentdir və bu ilin fevral ayında "Marsel"dən ayrılıb.
© Copyright 2026, All Rights Reserved