"Mançester Yunayted" kapitanını bir aylıq itirdi
Bruno Fernandeş “Mançester Yunayted”də bir ay meydanlardan kənar qala bilər.
90plus.az xəbər verir ki, “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş təxminən bir ay yaşıl meydanlardan uzaq qala bilər.
Portuqaliyalı futbolçu Premyer Liqada “Aston Villa”ya qarşı keçirilən və məğlubiyyətlə başa çatan oyunun ilk hissəsində bud əzələsindən zədə alıb. Fernandeş fasiləyədək oyunu davam etdirsə də, ikinci hissəyə çıxmayaraq əvəzlənib.
31 yaşlı futbolçu “Mançester Yunayted”də çıxış etdiyi müddət ərzində indiyədək heç vaxt eyni zədə səbəbindən iki həftədən çox meydandan kənarda qalmamışdı. Bu səbəbdən onun uzun müddətlik yoxluğu klub üçün ciddi itki hesab olunur.
Bruno Fernandeşin zədəsi “Mançester Yunayted”dəki zədəli futbolçuların sayını daha da artırıb. Daha əvvəl Kobbi Meynu da sıradan çıxmışdı. Hər iki yarımmüdafiəçinin “Boksinq Day”də “Nyukasl”a qarşı keçiriləcək oyununu buraxacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved