"Mançester Yunayted" Kazemironu saxlamaq istəyir - Amma 1 şərtlə...
“Mançester Yunayted” braziliyalı yarımmüdafiəçi Kazemiro ilə müqaviləni uzatmaq niyyətindədir.
90plus.az xəbər verir ki, klub rəhbərliyi yalnız futbolçu hazırda aldığı həftəlik 345 min funt məvacibini azaltmağa razı olarsa, yeni sözləşməyə imza atacaq.
Məlumata görə, “qırmızı şeytanlar” maliyyə balansını qorumaq və gələcək transferlər üçün maaş büdcəsini optimallaşdırmaq istəyir.
Kazemiro 2022-ci ildə “Real Madrid”dən “Mançester Yunayted”ə transfer olunub və komandanın əsas oyunçularından biridir.
© Copyright 2026, All Rights Reserved