"Mançester Yunayted" Kenan Yıldız üçün "Yuventus"un qapısını döydü

İngiltərənin “Mançester Yunayted” klubu Türkiyə millisinin gənc hücumçusu Kenan Yıldızı transfer etmək niyyətindədir.
90plus.az xəbər verir ki, “qırmızı şeytanlar” 19 yaşlı futbolçu üçün 90 milyon avro dəyərində təklif hazırlayır. Klub rəhbərliyinin bu transferlə komandanın hücum xəttini gücləndirməyi planlaşdırdığı bildirilir.
Yıldız hazırda İtaliyanın “Yuventus” klubunun heyətində çıxış edir və Avropanın bir sıra nəhəng komandalarının diqqət mərkəzindədir.
Mənbə: CaughtOffside
© Copyright 2025, All Rights Reserved