"Mançester Yunayted" Liverpulda 3 xal qazandı
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasında “Mançester Yunayted” səfərdə “Everton” üzərində minimal hesablı (1:0) qələbə qazanaraq turnir cədvəlində 4-cü yerə yüksəlib.
Oyunun ilk hissəsi gərgin mübarizə şəraitində keçib. Hər iki komanda kompakt oyun nümayiş etdirib, boşluq verməməyə çalışıb və təhlükəli epizodların sayı az olub.
İkinci hissə də oxşar ssenari ilə davam edib. Lakin matçın taleyi 71-ci dəqiqədə həll olunub. “Mançester Yunayted”in hücumçusu Benjamin Şeşko sürətli əks-hücum zamanı müdafiəçiləri geridə qoyaraq baxımlı qolla hesabı açıb. Qolun ötürməsini isə Brayan Mbeumo verib.
Qalan dəqiqələrdə komandalar hücumlar təşkil etməyə çalışsalar da, hesab dəyişməyib və qarşılaşma “qırmızı şeytanlar”ın minimal üstünlüyü ilə başa çatıb.
Bu qələbə sayəsində “Mançester Yunayted” xallarının sayını 48-ə çatdırıb və 45 xalı olan “Çelsi” ilə “Liverpul”u geridə qoyub. Hazırda 3-cü pillədə qərarlaşan “Aston Villa” ilə xal fərqi isə cəmi 3-ə enib.
© Copyright 2026, All Rights Reserved