"Mançester Yunayted" müdafiəçisi ilə yolları ayırır
“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr mövsümün sonunda klubdan ayrılmaq ehtimalı var.
90plus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 32 yaşlı futbolçu üçün münasib təklif daxil olacağı təqdirdə, onun satışına razılıq verəcək.
Maquayr 2019-cu ildən “Mançester Yunayted”in heyətində çıxış edir. Müdafiəçinin “qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilin iyununa qədər qüvvədədir.
© Copyright 2026, All Rights Reserved