"Mançester Yunayted" "Nyukasl"ın futbolçusunu istəyir
"Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimaraeş Premyer Liqada klubunu dəyişə bilər.
90plus.az xəbər verir ki, "Mançester Yunayted" braziliyalı futbolçunu transfer etmək niyyətindədir.
"Qırmızı şeytanlar"ın Gimaraeşi yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırdığı bildirilir. 28 yaşlı oyunçunun keçidinin təxminən 80 milyon avroya başa gələcəyi ehtimal olunur.
Qeyd: "Nyukasl" Bruno Gimaraeşi 2022-ci ilin yanvarında "Lion"dan 42 milyon avroya transfer edib. Braziliya millisinin üzvü cari mövsümdə "sağsağanlar"ın heyətində 35 rəsmi matçda iştirak edib, 9 qol vurub və 7 məhsuldar ötürmə verib.
© Copyright 2026, All Rights Reserved