"Mançester Yunayted" olmadı, "Yuventus" olsun
Yeni mövsüm öncəsi qapıçı axtarışlarını davam etdirən “Yuventus”, diqqətini İngiltərəyə yönəldib. “Tottenhem”in Quqlielmo Vikario və “Liverpul”un məşhur qapıçısı Alisson Bekker kimi isimləri də siyahısında saxlayan Turin klubu, son hədəf olaraq “Aston Villa”nın təcrübəli qapıçısı Emiliano Martinezə yönəlib.
90plus.az xəbər verir ki, “Yuventus” Martinez transferində bonservis xərclərini azaltmaq üçün dəyişim formulunu nəzərdən keçirir. Klub, hazırda “Aston Villa”da icarədə olan Duqlas Luizi razılaşmaya daxil etməklə həm pul çıxışını azaltmağı, həm də İngilis klubunun mövqeyini yumşaltmağı planlaşdırır.
Emiliano Martinez ötən yay “Aston Villa”dan ayrılmaq istəsə də, istədiyi şərtlərdə təklif ala bilmədiyi üçün komandada qalmışdı. Argentina millisinin Dünya Kuboku çempionu olan 33 yaşlı qapıçının İngiltərə klubu ilə müqaviləsi 2029-cu ilə qədər davam edir. “Yuventus”un yaxın günlərdə rəsmi təmaslara başlayaraq Premier Liqa təmsilçisinə rəsmi təklifini təqdim etməsi gözlənilir. Emiliano Martinez bundan əvvəl "Mançester Yunayted"ə keçməyə yaxın idi.
© Copyright 2026, All Rights Reserved